AppBazar-da məhsulların bir qismi iki formatda satılır: paylaşılan (shared) və şəxsi (private). Bu iki seçim arasındakı fərqi bilmək, düzgün qərar verməyinizə kömək edəcək.
Paylaşılan hesab nədir?
Bir abunəlik (məsələn ailə planı) bir neçə müştəri arasında bölüşdürülür - hər kəs öz profili ilə istifadə edir. Bu, qiyməti xeyli aşağı salır, çünki xərc bir neçə nəfər arasında bölünür.
Məhdudiyyətlər: adətən 24 saatda təsdiq kodu alma sayı məhduddur, profil adını/şəklini dəyişmək tövsiyə olunmur, bəzən eyni anda cihaz sayı limitlidir.
Şəxsi (private) hesab nədir?
Hesab tam sizə məxsusdur - başqa heç kim istifadə etmir. Tam sərbəstlik, limitsiz təsdiq kodu, istədiyiniz kimi tənzimləmə imkanı var. Təbii ki, qiyməti paylaşılan versiyadan yüksəkdir.
Hansını seçməli?
- Büdcəni ilk sıraya qoyursunuzsa və məhdudiyyətlərə etina etmirsinizsə: paylaşılan
- Tam sərbəstlik və gizlilik istəyirsinizsə: şəxsi
Hər məhsulun səhifəsində hansı formatda təqdim olunduğu açıq şəkildə yazılır. Bütün seçimlərə məhsullar bölməsindən baxa bilərsiniz.