Sifarişiniz uğurla tamamlandıqdan sonra hesabınızı aktivləşdirmək bir neçə addımdan ibarətdir. Bu bələdçidə bütün prosesi izah edirik.
1. Təsdiq email-ini yoxlayın
Ödəniş uğurla başa çatan kimi qeydiyyat zamanı istifadə etdiyiniz email ünvanına sifariş təfərrüatları göndərilir. Bu email-də məhsulun giriş məlumatları (login və şifrə) və ya əlavə təlimatlar yer alır. Email görünmürsə, "Spam" və ya "Təkliflər" qovluğunu da yoxlayın.
2. Öz Profilim bölümündən də görə bilərsiniz
Email-i tapa bilmirsinizsə, Profilim səhifəsindən sifarişlərinizin tarixçəsinə baxa bilərsiniz.
3. Təsdiq kodu (2FA) tələb olunarsa
Bəzi platformalar (məsələn Netflix) yeni cihazdan daxil olarkən email və ya SMS ilə təsdiq kodu tələb edir. Paylaşılan hesablarda bu kodu birbaşa poçt qutunuza görə bilmirsiniz - ona görə AppBazar-da xüsusi bir alət var:
- appbazar.az/get-code səhifəsinə keçin
- Hesabın email ünvanını və sifariş zamanı istifadə etdiyiniz əlaqə nömrənizi/email-i daxil edin
- Sistem son gələn təsdiq kodunu avtomatik göstərəcək
Qeyd: paylaşılan hesablarda kod alma sayı məhdud saxlanılır (24 saat ərzində 2 dəfə), çünki eyni hesabdan bir neçə müştəri istifadə edir. Şəxsi (private) hesablarda bu məhdudiyyət yoxdur.
4. Nəyə diqqət etməlisiniz
- Hesabın şifrəsini, email-ini və ya profil adını dəyişməyin - bu, hesabın bloklanmasına səbəb ola bilər
- Giriş məlumatlarını üçüncü şəxslərlə paylaşmayın
- Paylaşılan hesablarda başqa profillərə toxunmayın
Bu qaydalara əməl etməmək halında geri ödəniş və ya əvəzləmə təmin edilmir (ətraflı: İstifadə Şərtləri).
5. Problem yaranarsa
Giriş alınmır, hesab bloklanıb və ya başqa bir problem var - Əlaqə səhifəsindən bizimlə əlaqə saxlayın, ən qısa zamanda həll edirik.